3 Nisan 2015 Cuma

Kitablar bizi ötən əsrin varisi edir.

Hansısa yanaşmanı sübut etmək lazım gələndə kitab oxuyan insanlar pis vəziyyətdən tez çıxa bilirlər. Erudisiya və predmeti bilmək sizə əminlik verə bilər.Mütaliə fikirlərdən uzaqlaşmaqda kömək edir. Başqa dillə desək, kitab oxumaq stressdən çıxmağa kömək edir. Fikriniz yayınır və siz həqiqətdən uzaqlaşıb fantaziyalar dünyasına düşərək problemləri unudursunuz. Psixoloqlar hər hansı problemi olan insanlara çox vaxt kitab oxumağı məsləhət görür.Oxumaq yaddaşı möhkəmləndirir.Əlbəttə, süjet xəttini izləmək və qəhrəmanların adlarını yadda saxlamağa cəhd etmək yaddaşı gücləndirir. Bundan əlavə, kitab oxumaq təfəkkürü də inkişaf etdirir.Kitab oxuyarkən aşağıdakılara diqqət yetirməliyik.Lazım olan yerdə qeydlər aparmalıyıq. Dik oturmalıyıq. Kitabla göz arasındakı məsafə 30 sm olmalıdir. Yazını barmağımızla təqib etməməliyik. Səssiz oxuyarkən dodaqlarımızı tərpətməməliyik. Səsimizi dinləyicilərə rahatca eşitdirə bilməliyik.
Hal-hazırda dünyamızda yaşanan müharibələr, ixtişaşlar, xəstəliklər, ekoloji problemlər, aclıq, işsizlik, maliyyə böhranı və sairə problemlərin kökündə “kitab” dayanır. O kitab ki, cəmiyyət, insanlar, onu sadəcə asudə vaxtlarında oxuduqları “əsər, roman, şeir” – lə sinonimləşdirir. Amma kitab bu deyil!
  Kitab uğurların, inkişafın, tərəqqinin, xoşbəxtliyin simvolu və problemlərin, müharibələrin, xəstəliklərin və s. açarıdır.Hər bir insan doğulandan xoşbəxtliyi, kamilliyi, imanı, inamı axtarır. Bunların hamısının tapmağın bir yolu var. Kitab!…
                       Ey İnsan Oxu Kİ, TAP!


Kitab boşluqları doldurur.

Heyvan və bitki sevgisi, bir çox hallarda ilkin təhsil pilləsində aşılanır. Burada hekayə, nağıl kimi kiçik həcmli kitabların rolu danılmazdır.

Söz ehtiyatının genişlənməsində kitabın çox böyük rolu var.Öz fikrini sözlər vasitəsilə ifadə etmək qabiliyyəti bizə anadangəlmə verilməyib. Fikrimizi düzgün ifadə etmək üçün biz bir neçə söz arasından lazım olanını seçirik. Danışan zaman "deməli", "məsələn", "prinsipcə", "şey", "onun adın nə idi?" tipli sözlərdən istifadə etsək, o zaman heç kim bizə qulaq asmaz. Rəvan nitqi isə hər kəs dinləmək istəyir və bu, insanların diqqətini cəlb edir. Bundan əlavə, kitab oxumaq insanın savadını artırır.

Kİtab oxuyan insanlar insanlarla ünsiyyət qurmaqda daha yaxşıdılar.Kitab oxuyan insanlar çox vaxt kitab qurdu kimi qorxunc və ya gözündə iri eynəklə təsvir edilir. Əslində, isə bu belə deyil. Kitab oxuyanlar insanlarla daha asan ünsiyyətə girirlər

Qanunlar ölər,kitablar ölməz.

Kitablar, peşə seçimlərimizdə istiqamətverici rol oynaya bilər.Məsələn, xoşladığımız romanın qəhramanı müəllimdirsə, biz də müəllimlik sənətinə maraq duya bilərik.Kitablar, xoş zaman seçdiyiniz dostlarınız kimidir. Hər yaş kateqoriyasına uyğun kitablar oxumaq çox yaxşı dostlar qazanmaqla eyni dəyərdədir. Gündəlik ictimai problemlərin nəticəsi olan streslə mübarizədə kitabların rolu danılmazdır. Fərqli hekayələrlə qarşılaşarkən gündəlik stresdən az da olsa azad oluruq. Ümumi dünya görüşümüzün artması nəticəsində cəmiyyət arasında ünsiyyətdə olarkən özümüzə inamımız artır.Kitab oxumaq ilə məntiqi zəka arasında əlaqə var. Kitablar daha məntiqli düşünməyi təmin edir.

Kitablar mövcud olduğumuz vəziyyətdə insani, əxlaqi, mənəvi dəyərləri daha rahat dəyərləndirməyə köməkçidir. Beləliklə, sosial əlaqələrdə nəyi necə, harada, edəcəyimizi; nəyin düzgün, nəyin səhv olduğunu daha yaxşı müəyyənləşdiririk.

Kitabları sevək


Hər macərada yeni həyəcanlarla qarşılaşır və yaşayışımızı dəyişdirə bilirik.
İnsanlarla qurduğumuz əlaqələr çox istiqamətli olur. Çünki bir çox ədəbi əsər bir çox obrazları özündə cəmləyir. Bu insanları yaxşı tanımağa, onların həyat hekayələrini təxmin etməyə, fərdlərin özünəməxsus fərqli yönlərini görməyimizi təmin edir.
Səbr etməyi və tamamlamağı öyrənirik. Bir çox kitab giriş,əsas hadisələr sonluq hissələrindən düzəlir.
 Görmədiyimiz, tanımadığımız yeni məkanlar, yeni insanlar, yeni həyatlar tanıyır, hər gözlənilməz hadisəyə  qarşı dözüm bacarığını inkişaf etdiririk.
Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.
Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.
Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.
Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.
İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.
Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.
Beyin üçün oxumaq  — bədən üçün idman etmək kimidir.

Kitab bilik mənbəyidir

Kitab oxumağın faydaları.
Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər.

Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.
Kitab oxumaq dünya görüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik.Yeni fikirlər, məlumatlar qazanır, onları gündəlik həyatımızda da tətbiq edirik.
Fantaziyamız  inkişaf edir.Yeni sözlər öyrənirik. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazamız  artır. Fikirlərimizi yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirik.
Göz və beyin koordinasiyamız artır. Daha sürətli görüb, dərketmə bacarığına sahib oluruq.