3 Nisan 2015 Cuma

Kitab boşluqları doldurur.

Heyvan və bitki sevgisi, bir çox hallarda ilkin təhsil pilləsində aşılanır. Burada hekayə, nağıl kimi kiçik həcmli kitabların rolu danılmazdır.

Söz ehtiyatının genişlənməsində kitabın çox böyük rolu var.Öz fikrini sözlər vasitəsilə ifadə etmək qabiliyyəti bizə anadangəlmə verilməyib. Fikrimizi düzgün ifadə etmək üçün biz bir neçə söz arasından lazım olanını seçirik. Danışan zaman "deməli", "məsələn", "prinsipcə", "şey", "onun adın nə idi?" tipli sözlərdən istifadə etsək, o zaman heç kim bizə qulaq asmaz. Rəvan nitqi isə hər kəs dinləmək istəyir və bu, insanların diqqətini cəlb edir. Bundan əlavə, kitab oxumaq insanın savadını artırır.

Kİtab oxuyan insanlar insanlarla ünsiyyət qurmaqda daha yaxşıdılar.Kitab oxuyan insanlar çox vaxt kitab qurdu kimi qorxunc və ya gözündə iri eynəklə təsvir edilir. Əslində, isə bu belə deyil. Kitab oxuyanlar insanlarla daha asan ünsiyyətə girirlər

Hiç yorum yok:

Yorum Gönder