3 Nisan 2015 Cuma

Qanunlar ölər,kitablar ölməz.

Kitablar, peşə seçimlərimizdə istiqamətverici rol oynaya bilər.Məsələn, xoşladığımız romanın qəhramanı müəllimdirsə, biz də müəllimlik sənətinə maraq duya bilərik.Kitablar, xoş zaman seçdiyiniz dostlarınız kimidir. Hər yaş kateqoriyasına uyğun kitablar oxumaq çox yaxşı dostlar qazanmaqla eyni dəyərdədir. Gündəlik ictimai problemlərin nəticəsi olan streslə mübarizədə kitabların rolu danılmazdır. Fərqli hekayələrlə qarşılaşarkən gündəlik stresdən az da olsa azad oluruq. Ümumi dünya görüşümüzün artması nəticəsində cəmiyyət arasında ünsiyyətdə olarkən özümüzə inamımız artır.Kitab oxumaq ilə məntiqi zəka arasında əlaqə var. Kitablar daha məntiqli düşünməyi təmin edir.

Kitablar mövcud olduğumuz vəziyyətdə insani, əxlaqi, mənəvi dəyərləri daha rahat dəyərləndirməyə köməkçidir. Beləliklə, sosial əlaqələrdə nəyi necə, harada, edəcəyimizi; nəyin düzgün, nəyin səhv olduğunu daha yaxşı müəyyənləşdiririk.

Hiç yorum yok:

Yorum Gönder