3 Nisan 2015 Cuma

Kitablar bizi ötən əsrin varisi edir.

Hansısa yanaşmanı sübut etmək lazım gələndə kitab oxuyan insanlar pis vəziyyətdən tez çıxa bilirlər. Erudisiya və predmeti bilmək sizə əminlik verə bilər.Mütaliə fikirlərdən uzaqlaşmaqda kömək edir. Başqa dillə desək, kitab oxumaq stressdən çıxmağa kömək edir. Fikriniz yayınır və siz həqiqətdən uzaqlaşıb fantaziyalar dünyasına düşərək problemləri unudursunuz. Psixoloqlar hər hansı problemi olan insanlara çox vaxt kitab oxumağı məsləhət görür.Oxumaq yaddaşı möhkəmləndirir.Əlbəttə, süjet xəttini izləmək və qəhrəmanların adlarını yadda saxlamağa cəhd etmək yaddaşı gücləndirir. Bundan əlavə, kitab oxumaq təfəkkürü də inkişaf etdirir.Kitab oxuyarkən aşağıdakılara diqqət yetirməliyik.Lazım olan yerdə qeydlər aparmalıyıq. Dik oturmalıyıq. Kitabla göz arasındakı məsafə 30 sm olmalıdir. Yazını barmağımızla təqib etməməliyik. Səssiz oxuyarkən dodaqlarımızı tərpətməməliyik. Səsimizi dinləyicilərə rahatca eşitdirə bilməliyik.
Hal-hazırda dünyamızda yaşanan müharibələr, ixtişaşlar, xəstəliklər, ekoloji problemlər, aclıq, işsizlik, maliyyə böhranı və sairə problemlərin kökündə “kitab” dayanır. O kitab ki, cəmiyyət, insanlar, onu sadəcə asudə vaxtlarında oxuduqları “əsər, roman, şeir” – lə sinonimləşdirir. Amma kitab bu deyil!
  Kitab uğurların, inkişafın, tərəqqinin, xoşbəxtliyin simvolu və problemlərin, müharibələrin, xəstəliklərin və s. açarıdır.Hər bir insan doğulandan xoşbəxtliyi, kamilliyi, imanı, inamı axtarır. Bunların hamısının tapmağın bir yolu var. Kitab!…
                       Ey İnsan Oxu Kİ, TAP!


Hiç yorum yok:

Yorum Gönder